Kürdlərin referendumu bitdi, ilkin nəticələr açıqlandı

© REUTERS / Ahmed JadallahКурды на улицах Эрбиля, 25 сентября 2017 года
Курды на улицах Эрбиля, 25 сентября 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Səsvermədə 5,2 milyon insan iştirak edib

BAKI, 26 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətində müstəqilliklə bağlı keçirilən referendum başa çatıb. Sputnik Türkiyə xəbər verir ki, səsvermə siyahısında 5,2 milyon insan olub və onların 78 faizi səs verib. Səsvermədə iştirak edənlərin 93,29 % referendumun lehinə, 6,71 % isə əleyhinə səs verib.

Nəticələr açıqlandıqdan sonra muxtar vilayətin rəhbərliyi açıqlama verərək, bütün etnik azlıqları qoruyacaqlarına söz verib. Rəsmi nəticələrin 3 gün içində elan ediləcəyi bildirilir.

Qeyd edək ki, İsrail istisna olmaqla, dünyanın heç bir dövləti İraqın şimalında keçirilən müstəqillik referendumunu tanımır.

Xəbər lenti
0