"Hizbullah" "Kürdüstan"ı hədələdi: Dərhal bu yanlışdan geri dönməsələr...

© AFP 2024 / AHMAD AL-RUBAYE Kərkükdə Kürdüstandakı referenduma aid reklam lövhəsi, İraq, 25 sentyabr 2017-ci il
Kərkükdə Kürdüstandakı referenduma aid reklam lövhəsi, İraq, 25 sentyabr 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu, yeni layihədir, üzdə məsum görünən, amma çox hiyləgər bir İsrail layihəsi"

BAKI, 26 sentyabr — Sputnik. İraqın şimalındakı Kürdüstan Muxtar Vilayətinin müstəqillik referendumu keçirməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, İranın dəstək verdiyi, Livandakı "Hizbullah" təşkilatı referenduma münasibət bildirib.

Təşkilatın yetkilisi Məhəmməd Rad bildirib ki, İraqın şimalındakı kürd regional hökumətinin müstəqillik tələb etməsi, onların məsum, günahsız olduğuna dəlalət etmir: "Əslində orada, o dövləti quranlar kürd xalqı deyil. İsrailin bölgədə təkfirçi qruplar yaratmaq layihəsi artıq başa çatıb".

"Bu, yeni layihədir, üzdə məsum görünən, çox hiyləgər bir İsrail layihəsi. Ağlı başında olan kürdlər, dərhal bu yanlışdan dönməlidirlər. Əks halda, onları ciddi təhlükələr gözləyəcək" — Məhəmməd Rad bildirib.

Xəbər lenti
0