BAKI, 26 sentyabr — Sputnik. İraq hökuməti Kürdüstan Muxtariyyətinin beynəlxalq aləmə çıxışlarına qadağan qoymaq istəyir.
Belə ki, İraq baş naziri Heydər əl-İbadi sərhədə nəzarətin 3 gün ərzində Bağdada verilməməsi halında İraq Kürd Regional Muxtariyyətinin ikitərəfli bütün beynəlxalq aviareyslərinə qadağan qoyacaqlarını bəyan edib.
"Hava limanlarına nəzarəti 3 gün içində təhvil verin" — deyə əl-İbadi bildirib.