Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda kütləvi zəhərlənmə

© Sputnik / Murad OrujovКарета скорой помощи в Баку, фото из архива
Карета скорой помощи в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Zəhərlənmiş şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 26 sentyabr — Sputnik. Balakən rayonunun Bedağar kəndində arzuolunmaz hadisə baş verir. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında yaşanıb.

Kənd sakinləri — 1953-cü il təvəllüdlü Xədicə Xelimohuma qızı Mollayeva, onun gəlinləri, 1989-cu il təvəllüdlü Gülnar Ramiz qızı Süleymanova, 1984-cü il təvəllüdlü Aliyə Bəxtiyar qızı Osmanova və nəvələri 6 yaşlı Xumar Qasım qızı Mollayeva, 4 yaşlı Xəyalə Qasım qızı Mollayeva zəhərlənmə əlamətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olublar.

Xəstəxanaya daxil olan ailənin beş üzvündən, Xədicə Mollayeva, Gülnar Süleymanova və Aliyə Osmanova xəstəxananın qəbul şöbəsinə, azyaşlılar Xumar və Xəyalə Mollayeva isə uşaq şöbəsinə yerləşdiriliblər.

Müayinə zamanı məlum olub ki, ailə üzvləri yaşadıqları ünvanda nahar yeməyində müxtəlif növ qidalar qəbul etdikdən bir qədər sonra, onlarda zəhərlənmə əlamətləri büruzə verib. Zəhərlənmiş şəxslərə tibbi yardım göstərilib, vəziyyətləri kafi qiymətləndirilir.

Xəbər lenti
0