BAKI, 25 sentyabr — Sputnik. ABŞ daha üç ölkənin vətəndaşlarına ölkəyə giriş qadağası qoyub. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, prezident Donald Tramp bu barədə fərman imzalayıb.
Həmin ölkələr KXDR, Çad və Venesueladır. Məlumatı Ağ Ev yayıb. Qərar 18 oktyabrdan etibarən qüvvəyə minəcək.
Xatırladaq ki, bundan əvvəl İran, Yəmən, Liviya, Suriya və Somali vətəndaşlarının ABŞ-a girişi qadağan edilmişdi.