Türkiyədən son dəqiqə "türkmən" açıqlaması

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransı keçirib

BAKI, 25 sentyabr — Sputnik. "Əgər referendumla bağlı türkmən qardaşlarımıza hər hansı müdaxilə olsa, Türkiyə dərhal hərbi əməliyyat başladacaq". Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu keçirdiyi mətbuat konfransı zamanı deyib.

Jurnalistin, "Türkiyə İraqın şimalı ilə sərhəddi bağlayacaqmı?" sualına Çavuşoğlu belə cavab verib: "Biz lazımi tövsiyələrimizi Kürdüstan rəhbərliyinə çatdırdıq. Xəbərdarlığımızı etdik. Hazırda sərhəd bağlı deyil. Ancaq nəzarət gücləndirilib. Atacağımız bəzi addımlar olacaq. İndi onları dəyərləndiririk. İraqın şimalındakı muxtariyyət öz yolu ilə gedəcəyini bildirdi. Biz də onlara bunun əvəzi olacağını dedik və olacaq da”.

Xəbər lenti
0