CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxt sakinlərinin sevimli məkanında "Lələ köçüb, yurdu qalıb"

Abunə olmaq
Ərazidə yeni "göydələn"lərin ucaldılacağı və parkın birdəfəlik məhv ediləcəyi gözlənilir

İradə Cəlil, Sputnik Azərbaycan,

BAKI, 25 sentyabr — Sputnik. Bir zamanlar, "Luna Park" adı ilə tanınan, Xətai rayonu, Nobel qardaşları prospekti 57/2 ünvanda yerləşən Nizami adına Mədəniyyət və İstirahət Parkı uşaqların və böyüklərin istirahət və əyləncə məkanı idi. Burada olan qeyri-adi attraksionlar uşaqlı-böyüklü bu parkı hamının sevimlisinə çevirmişdi.

Bir neçə gün öncə yolumu keçmiş "Luna Park"dan saldım. Bağda insanların istirahət etməsi üçün hər bir şərait var. Ancaq bağ illər öncə bağlandığı üçün hər şeyin – kafelər, əyləncə mərkəzləri, maraqlı atraksionlar, suyu qurumuş hovuzlar, rəngi solmuş oturacaqların ciddi təmirə ehtiyacı var.

Ərazi sakinləri deyirlər ki, bağ Nobel prospekti təmir edilən zaman "təmir" adı ilə bağlanıb. Sonradan Nobel prospekti əhalinin istifadəsinə verilsə də, bağın qapısı bəxti kimi bağlı qalıb. Buna baxmayaraq, sakinlər istirahət etmək üçün bu bağa tez-tez gəlirlər.

Ərazidə dövlət idarəsi yerləşdiyi üçün idarəyə yaxın ərazilər süpürülüb-təmizlənir. Sakinlər də təmizlik olan ərazilərdə istirahət etməyə üstünlük verirlər. Hazırda keçmiş mədəniyyət parkının binasında gənclərin sevimli oyunu olan "Paintboll" oyunları da keçirilir. Gənclər də bağa elə bu məqsədlə gəlirlər. Sakinlərin sözlərinə görə, ərazidə yeni "göydələn"lərin ucaldılacağı və parkın birdəfəlik məhv ediləcəyi də istisna deyil.

Deyilənə görə, burada nə vaxtsa Nizami Gəncəvinin heykəli də olub. Amma onu da söküb Gəncəyə aparıblar. İndi bu bağ baxımsız, tərk edilmiş vəziyyətdədir. Bağda çox sayda ağaclar olsa da, onların əksəriyyəti baxımsızlıqdan, susuzluqdan quruyub. Halbuki, bağa bir az qulluq edilsə, ağaclara baxılsa, bura yenidən sakinlər üçün gözəl istirahət məkanına çevrilər. Həm də, göz görə-görə bu qədər yaşıllıq məhv olmaz.

Qeyd edək ki, Nizami parkı "Ağ şəhər" layihəsinə daxil edilib. Layihənin rəsmi saytında qeyd edilir ki, bağın yeni konsepsiyası klassik üslubda işlənib hazırlanaraq, yaşıllıq ərazilərini müxtəlif uşaq təhsili və əyləncə obyektləri ilə uzlaşdırmağı təklif edir. Layihə, Bakının ən iri bağı olaraq qalan və 9,5 ha ərazidə yerləşən bu bağ, Bakı "Ağ Şəhər"in həyatında əhəmiyyətli rol oynayacağını vəd edir.

Həmçinin qeyd edilir ki, gəzintilərin rahat olması üçün, abadlaşdırılmış və təşkil olunmuş ərazi avtomobillər üçün dayanacaq yerləri ilə təmin olunacaq, şəhər əhalisinin sevimli yerinə və tədbirlərin keçirilməsi üçün yararlı bir yerə çevirəcəkdir.

Məsələ ilə bağlı "Ağ şəhər" layihəsinin ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Ayla Qasımova ilə əlaqə saxladıq. Onun sözlərinə görə, gələcəkdə parkın təmiri nəzərdə tutlur: "Parkın adı "Nizami parkı"dır. Konsepsiya və dizayn hələ işlənilməyib və hazırda həmin ərazidə heç bir təmir işləri aparılmır".

"Bildiyiniz kimi, Bakı "Ağ Şəhər" layihəsi 10 rayona bölünüb. Və bu rayonlar hamısı eyni zamanda deyil, mərhələ ilə tikilir. Hazırda 10 rayondan 6-da tikinti işləri aparılır. Ancaq "Nizami parkında" tikinti və dizayn işləri aparılmır və bu yaxınlarda hansısa işlərin aparılması planlaşdırılmır" — Qasımova əlavə etdi.

Bağın nə zaman təmir ediləcəyi bəlli deyil, amma bir reallıq var: bağda çox sayda ağac susuzluqdan məhv olur, qırılıb tökülür…

© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
1/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
2/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
3/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
4/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
5/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
6/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
7/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
8/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
9/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
10/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
11/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
12/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
13/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
14/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
15/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
© Sputnik / Irade JELILBakı "Luna Park"ının bugünkü vəziyyəti
Bakı Luna Parkının bugünkü vəziyyəti - Sputnik Azərbaycan
16/16
Bakı "Luna Park"ının bugünkü vəziyyəti
Xəbər lenti
0