ELM

Rusiya ərəbləri kosmosa uçuracaq

© Sputnik / Stringer / Mediabanka keçidУстановка ракеты-носителя "Союз- ФГ" с пилотируемым кораблем "Союз-МС" на стартовую площадку космодрома "Байконур"
Установка ракеты-носителя Союз- ФГ с пилотируемым кораблем Союз-МС на стартовую площадку космодрома Байконур - Sputnik Azərbaycan
Abunə olmaq
Müqaviləyə əsasən, rus mütəxəssislər BƏƏ-də, bu sahə ilə maraqlananlara kurs keçəcək və ərəb kosmonavtlar yetişdirəcək

BAKI, 25 sentyabr — Sputnik. Rusiya Federal Kosmik Agentliyi "Roskosmos"un şöbə müdiri Sergey Krikalyov, ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında "kosmonavtların seçimi və təhsili" sahəsi üzrə müqavilə imzalandığını açıqlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, müqaviləyə əsasən, rus mütəxəssislər BƏƏ-də, bu sahə ilə maraqlananlara kurs keçəcək və ərəb kosmonavtlar yetişdirəcək.

"Birləşmiş Ərəb Əmirlikləri öz kosmik agentliyini yaratmaq və təkmilləşdirmək istəyir. Bu istiqamətdə bizdən yardım istədilər, biz də razılaşdıq. Ümid edirəm ki, bildiklərimizi onlara öyrədə biləcəyik. Çünki ərəblərdə kosmosa ciddi maraq olduğunu görürük" — Krikalyov deyib.

Xəbər lenti
0