Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda tanınmış şəxs vəfat etdi

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdakı 5 saylı xəstəxananın baş həkimi vəfat edib

BAKI, 25 sentyabr — Sputnik. Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasının baş həkimi Ziya Əsədov vəfat edib. Onun gecə yatdığı, səhər yuxudan ayılmadığı bildirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Sputnik Azərbaycan-a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, 63 yaşlı Z.Əsədov dünən gecə saatlarında ürəktutmasından vəfat edib.

Z. Əsədov bu gün dəfn olunur. Qeyd edək ki, o, Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadənin kürəkənidir.

Xəbər lenti
0