Fuad İsmayılov: “Azərbaycanda bu sahədə görülən işlərin səmərələliyi barədə heç nə demək olmaz”
Əvvəllər məhkumluq həyatı yaşamış insanların cəmiyyətə reabilitasiyası bir çox hallarda baş tutmur. Cəmiyyətə adaptasiya ola bilməmək keçmiş məhkumları yenidən cinayətə sövq edir.
Psixiatr Fuad İsmayılov Sputnik Azərbaycan-a deyir ki, azadlığa çıxan insanların tələbatlarını ödəmək üçün köməyə ehtiyacları olur: “Xaricdə pentensiar xidmətin öz bu insanlarla məşğul olmaq üçün təşkilatları cəlb edir. Cəza çəkmə müəssisəsindən azad olmuş şəxslərə cəmiyyətə reabilitasiya olunmaq üçün müxtəlif təşkilatlar tərəfindən yardımlar edilir. Xüsusi sosial işçilər bu insanlar və onların ailə üzvləri ilə məşğul olurlar”.
“Azərbaycanda bu sahədə işlər yeni görülməyə başlanılıb. Hələlik görülən işlərin effektivliyi və səmərələliyi barədə heç nə demək olmaz” – deyə o bildirib.