BAKI, 24 sentyabr — Sputnik. "Son 5 il ərzində müəyyən sayda Azərbaycan vətəndaşı qara təbliğata inanıb İŞİD-ə qoşulub. Onlar inanıblar ki, yaxşı iş görüblər. Amma əslində bu cinayət işidir".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev deyib.
Onun sözlərinə görə, 900-ə yaxın azərbaycanlı İŞİD-ə qoşulub:
"Onlardan 85-i hüquq-mühafizə orqanlarımız tərəfindən saxlanılıb və pentensiar xidmətdədirlər. 195 nəfər Azərbaycan vətəndaşlığı hüququndan məhrum edilib. Bir çoxu isə döyüş zamanı həlak olub".