ELM

İlin ən gənc tələbəsinin arzusu

© Sputnik / Ilham MustafayevElcan İsayev
Elcan İsayev - Sputnik Azərbaycan
Abunə olmaq
O 15 yaşında universitet tələbəsi adını qazandı

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. Tovuz rayon Dondar Quşçu kənd sakini Elcan İsayev orta məktəbi yaşıdlarından 2 il tez bitirib. Nəticədə 15 yaşında tələbə adını qazanıb. O 279 balla Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik fakültəsinə daxil olub. Fəhlə ailəsində dünyaya göz açan Elcan hələ kiçik yalarından həm görünüşü, həm qabliyyətilə yaşıdlarından fərqlənib. Hələ 4 yaşı olarkən oxumağı, yazmağı bacaran övladını, atası şagird kimi görmək istəyib. Müsabiqədən keçməyi bacaran azyaşlı 4 yaşından məktəb partasının arxasında əyləşmək şansı qazanıb. Əsasən dəqiq fənnləri sevən Elcan orta məktəbdə yaxşı oxumaqla yanaşı bütün həmyaşıdları kimi hazırlıq kurslarına da gedib. 11-ci sinifdə I ixtisas qrupu üzrə hazırlaşmağa başlasa da sonradan maddi imkansızlıq onu repititor yanına getməkdən ayrı salıb. Bu haqda o, Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışıb:

"Orta məktəbi yaxşı oxumuşam. Kimya, fizika fənlərinə marağım daha böyük olub. O səbəbdən də I qrupa üstünlük verdim. 11-ci snifdə 5 fənn üzrə hazırlığa başlasamda artıq yanvar ayında maddi çətinliyə görə riyaziyyat, Azərbaycan və xarici dillərdən hazırlığı dayandırmalı oldum. May ayından isə bütün hazırlıqları saxlayaraq evdə müstəqil məşğul olmağa başladım."

© Sputnik / Ilham MustafayevElcan və nənəsi
Elcan və nənəsi - Sputnik Azərbaycan
Elcan və nənəsi

Müəllimlərini onu ödənişsiz olaraq hazırlamaq təklif etdiklərini danışan Elcan utandığınnan buna razı olmayıb. Hazırlıq və ailəyə yardım etmək üçün isə eyni zamanda işləməyə başlayıb. Müəyyən günlərdə rayon mərkəzindəki restoranlarda günəmuzd ofisiant kimi fəaliyyət göstərib. Nəticəsinin zəif olmasına da bu amilin səbəb olduğunu deyir.

Elcan İsyaev hazırda qəbul olduğu ixtisas üzrə oxuyub bitirdikdən sonra təhsilini xaricdə davam etdirmək niyyətindədir.

Xəbər lenti
0