BAKI, 23 sentyabr — Sputnik. Sabah Almaniyada seçkilər keçiriləcək. Baş nazir Angela Merkel dördüncü dəfə hökumət rəhbəri kürsüsünə oturmağa çox yaxındır.
Sputnik Azərbaycan NTV-yə istinadla xəbər verir ki, Almaniyada diqqətlər seçki qutularındadr. 61.5 milyon seçici yeni bir məclis qurmaq üçün səs verməyə hazırlaşır. Baş nazir Angela Merkelin qalib gələcəyi gözlənilir.
Sorğulara gəlincə, Merkelin rəhbərliyi altında olan Xristian Demokratlar Partiyası 34 faizlə öndədirlər. Ancaq bu nisbət Merkelə tək başına iqtidar olmaq üçün kifayət etmir. Koalisiya hökuməti qurula bilər.
Xristian Demokratlardan sonra Martin Şultsun rəhbərliyi altında Sosial Demokrat Partiyası gəlir.