BAKI, 23 sentyabr — Sputnik. İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Türkiyəyə səfər edib.
Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, bu gün İraq Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Osman Qənimi Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akarla görüşəcək.
Qeyd edək ki, İraqın şimalındakı kürd muxtar bölgəsi sentyabrın 25-də "müstəqilliklə bağlı referendum" keçirməyi planlaşdırır.