BAKI, 23 sentyabr — Sputnik. Böyük Britaniyanın baş naziri Tereza Mey 2019-cu ilin mart ayında ölkəsinin Avropa İttifaqı üzvlüyünün tamamilə başa çatacağını açıqlayıb.
Sputnik Azərbaycan "Sabah"a istinadla xəbər verir ki, Böyük Britaniyanın baş naziri "Brexit" müzakirələrinin çətin keçdiyini, lakin, əhəmiyyətli bir irəliləyiş əldə etdiklərini söyləyib. O, Avropa İttifaqı üzvlüyünün dəqiq olaraq 2019-cu ilin mart ayında sona çatacağını bildirib.
Baş nazir "Brexit"dən sonra Böyük Britaniyada Avropa İttifaqı vətəndaşlarının hüquqlarını qanunlarla təmin edəcəyini söyləyib.