BAKI, 23 sentyabr — Sputnik. Bakıda Milli Şuranın şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirib.
Aksiya Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilib.
APA-nın xəbərinə görə, aksiyada AXCP sədri Əli Kərimli, Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Gültəkin Hacıbəyli, Rövşən Əhmədov və Nurəddin Məmmədli çıxış ediblər.
Aksiya insidentsiz başa çatıb.