Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 22 sentyabr — Sputnik. Masallının Qızılavar kəndində avtomobil 8 yaşlı uşağı vurub.
Sputnik Azərbaycan-ın Cənub bürosunun verdiyi məlumata əsasən, rayonun Şığdaşt kənd sakini, 2009-cu il təvəllüdlü Sərdar Məmmədov babası ilə əmək pensiyası almaq üçün Qızılavar kəndinə gəlib. Orada S.Məmmədov babasnın əlindən qaçaraq yolu keçmək istəyərkən “VAZ-2107” markalı minik avtomobili onu vurub. Dərhal sürücü və yaxınlıqdakı insanlar yaralı Sərdar Məmmədovu Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıblar.
Xəstəxanadan verilən məlumata əsasən, yaralının vəziyyəti orta-ağır olaraq dəyərləndirilir.