BAKI, 22 sentyabr — Sputnik. İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.
"Hürriyet"ə xəbər verir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.
Topbaş Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib.
Qeyd edək ki, K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.