ELM

"Ali təhsil müəssisələrində təhsil alan qızların sayı artır"

© Photo : AZƏRTAC"Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda konfrans
Avronest Parlament Assambleyasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi mövzusunda konfrans - Sputnik Azərbaycan
Abunə olmaq
"2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib"

BAKI, 22 sentyabr — Sputnik. 2016-2017-ci tədris ilində bakalvr pilləsində təhsil alan 146131 tələbədən 72302 nəfəri qız təşkil edib. 2016-2017-ci tədris ilində magistratura səviyyəsində 11444 tələbə arasında qız tələbələrinin sayı çoxluq, yəni 6217 nəfər təşkil edir. Respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı 1 milyon 473 min nəfər olduğu halda, onlardan qızların sayı 677 min nəfər olub.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov, parlamentdə "Avronest" Parlament Assambleyasının "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.

Nazir müavini bildirib ki, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaydanda gender stereotipləri mövcuddur. Əksər hallarda insanlar arasında münasibət bu stereotiplər əsasında formalaşır və bu onların peşə seçiminə də təsir göstərir.

Onun sözlərinə görə, son illərdə gender bərabərliyi üzrə aparılan məqsədyönlü tədbirlər nəticəsində ali təhsil müəssisələrində təhsil alan qızların sayında artım müşahidə edilib.

Xəbər lenti
0