SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Soltan: "İraqın şimalında keçiriləcək “referendum”dan sonra vəziyyət ürəkaçan olmayacaq"

CC0 / Tural Ibadov / Sədrəddin SoltanSədrəddin Soltan, siyasi ekspert
Sədrəddin Soltan, siyasi ekspert - Sputnik Azərbaycan
Abunə olmaq
Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, “referendum”un keçirilməsi bölgədəki vəziyyəti mürəkkəbləşdirir

Sədrəddin Soltan: “İraqın şimalında keçiriləcək “referendum” anti-terror əməliyyatlarına zərbədir”
"Suriya və İraqda terrorçuluğa qarşı mübarizənin getdiyi bir vaxtda İraqın şimalında “referendum”un keçirilməsi vəziyyəti mürəkkəbləşdirir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

“Bu “referendum” anti-terror əməliyyatlarına zərbə kimi qiymətləndirilə bilər. Həmçinin, bölgənin neft-qaz məhsullarının Türkiyə vasitəsilə Avropa bazarlarına çıxmasında problemlər yaranacaq” – deyə o bildirib.

Qeyd edək ki, İraqın şimalındakı kürd muxtariyyəti sentyabrın 25-də “müstəqillik referendum”u keçirməyi planlaşdırır.

Xəbər lenti
0