BAKI, 22 sentyabr — Sputnik. Nyu-Yorkda ABŞ prezidenti Donald Trampla türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Sputnik Azərbaycan "Timeturk"-ə istinadən xəbər verir ki, görüşdə regional və qlobal məsələlər müzakirə edilib.
Daha sonra mətbuata açıqlama verən prezident Tramp, Ərdoğanı ABŞ-da görməkdən böyük şərəf duyduğunu deyib. "Birləşmiş Ştatlar Türkiyə ilə yaxşı əlaqələrə malikdir. Keçmişə baxanda görürük ki, hazırda ən yaxşı nöqtədəyik" — Ağ Ev rəhbəri bildirib.
Öz növbəsində Rəcəb Tayyib Ərdoğan da amerikalı həmkarına, qonaqpərvərliyinə görə minnətdarlığını çatdırıb.