Prezident canlı yayımda and içdi: "Onun burnundan gətirəcəyəm"

© REUTERS / KCNA via REUTERSŞimali Koreya lideri Kim Çen In, arxiv şəkli
Şimali Koreya lideri Kim Çen In, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Hələlik verəcəyimiz ən gözəl cavab Sakit okeanda keçirməyi düşündüyümüz hidrogen bombası sınağıdır"

BAKI, 22 sentyabr — Sputnik. "Bizim dəli kimi tanıdığımız ABŞ prezidenti Donald Tramp, Şimali Koreya əleyhinə işlətdiyi ifadələrə görə ağır hesab verəcək. Sakit okeanda misli görünməmiş hidrogen bombası sınağı keçirə bilərik".

Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In, dövlət televiziyası vasitəsilə canlı yayımda deyib. "Tramp BMT-dəki çıxışında ölkəmizi yox edəcəyini söyləyib. Bu sözləri onun burnundan gətirəcəyimizə söz verirəm" — o deyib.

"O, cavabını artıqlaması ilə alacaq. Trampa hələlik verəcəyimiz ən gözəl cavab Sakit okeanda keçirməyi düşündüyümüz hidrogen bombası sınağıdır" — Kim Çen In vurğulayıb.

Oxşar açıqlamanı KXDR-in xarici işlər naziri Ri Yonq Hu da verib. O, ABŞ-ın hədələrinə cavab olaraq Sakit okeanda hidrogen bombasını test edə biləcəklərini söyləyib.

Xəbər lenti
0