BAKI, 22 sentyabr — Sputnik. "Ermənistan "Şərq tərəfdaşlığı" proqramının üzvüdür, amma bu ölkə Azərbaycanın ərazilərini işğal edib, Azərbaycanın tarixi abidlərini dağıdıb. Ermənistan işğal etdiyi torpaqları öz ərazisi kimi təqdim edir. Avropa İttifaqı bununla bağlı qətiyyətli mövqe ortaya qoymalıdır".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisdə "Avronest" Parlament Assambleyasının (PA) "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərtinin cəlb edilməsi" mövzusunda keçirilən konfransında deyib.
Onun sözlərinə görə, Ermənistan status-kvonu saxlamaqla məskunlaşma siyasəti aparır: "Xaricdə yaşayan ermənilər və digərləri bu siyasətə uymamalıdırlar. Münaqişənin həlli regionun sosial tərəqqisinə, iqtisadi inkişafına təkan verəcək".
"Azərbaycan münaqişənin həllində maraqlıdır. Ümid edirik mövqeyimiz bundan sonra da beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənəcək. Azərbaycan Avropa İttifaqının etibarlı tərəfdaşıdır və İttifaqla əməkdaşlığa önəm verir" — Xələfov əlavə edib.