Bakıda "Avronest" Parlament Assambleyasının konfransı keçirilir

© Photo : AZƏRTACMilli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir
Milli Məclisdə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair beynəlxalq konfrans keçirilir - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə "Avronest"ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir

BAKI, 22 sentyabr — Sputnik. Bu gün Milli Məclisdə "Avronest" Parlament Assambleyasının (PA) "Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyi və qadın sağlamlığının təşviqinə Şərq Tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi" mövzusunda konfransı işə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, konfrans Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə keçirilir.

Рабочее место депутата парламента Азербайджана - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Milli Məclisdə ciddi narazılıq: böyük problem yaşanır

Tədbirdə "Avronest"ə üzv dövlətlərin, o cümlədən Ermənistanın nümayəndə heyəti iştirak edir. Ermənistanı bu ölkənin "Avronest" PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan, onun köməkçisi Aram Barseqyan və heyətin digər üzvü Mane Tandilyan təmsil edir.

Konfransı Azərbaycanın "Avronest" PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov açaraq, Azərbaycanın gender bərabərliyi və qadın sağlamlığı sahəsində bir sıra uğurlar əldə etdiyini söyləyib. Konfransın açılışında Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ən müxtəlif sahələrdə mühüm nailiyyətlər əldə edib.

"Azərbaycan iqtisadi inkişaf, demokratik inkişaf üçün bütün şəraitin yaradılması, çoxtərəfli əlaqələrin qurulması istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Beynəlxalq əməkdaşlığa Azərbaycan xüsusi önəm verir. İqtisadi, sosial və humanitar əlaqələrin genişlənməsi, təhdidlərə qarşı vahid mövqeyin formalaşdırılması üçün əməkdaşlıq önəm kəsb edir" — Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa qurumları, xüsusilə "Avronest" PA ilə münasibətlərə önəm verir: "Bu sahədə fəaliyyət çox vacib əhəmiyyət kəsb edir. Təcrübələrin bölüşdürülməsi, problemlərin aradan qaldırılması baxımından konfrans əhəmiyyətlidir".

Bahar Muradova bildirib ki, gender bərabərliyi və qadın sağlamlığı kifayət qədər vacib məsələlərdir. "Hesab edirəm ki, bu sahədə əməkdaşlıq öz ciddi nəticəsini verəcək" — deyən vitse-spiker, Azərbaycanda bir sıra dövlət proqramlarının həyata keçirildiyini də diqqətə çatdırıb.

Xəbər lenti
0