Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Səfirlikdən zəlzələ ilə bağlı açıqlama

© REUTERS / Claudia DautMeksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina
Meksikada baş verən güclü zəlzələ nəticəsində çökən bina - Sputnik Azərbaycan
Abunə olmaq
Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verib

BAKI, 21 sentyabr — Sputnik. Bu ilin sentyabr ayı ərzində Meksika yüzlərlə insanın ölməsinə və yaralanmasına səbəb olmuş, böyük miqdarda ziyan vurmuş iki zəlzələ ilə üzləşib. Meksikanın tarixində ən güclü zəlzələ sentyabrın 7-də baş verib və onun gücü Rixter şkalası ilə 8,2 bal təşkil edib.

Bu barədə Sputnik Azərbaycan-a Meksikanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Bildirilib ki, həmin zəlzələ ölkənin cənubunda yerləşən Çiapas və Oaxaka ştatlarında 97 insan tələfatı daxil olmaqla, böyük ziyanlara səbəb oldu. Sentyabrın 19-da Rixter şkalası ilə 7,1 bal gücündə olan digər güclü zəlzələ qeydə alınmışdır. Bu ikinci zəlzələ Respublikanın yeddi ştatında hiss edilmişdi. Zəlzələdən əziyyət çəkmiş ştatların təqdim etdiyi rəsmi son məlumatlara əsasən, zəlzələ nəticəsində 246 insan həlak oldu, Mexiko şəhərində 38 bina dağıldı və yeddi ştatda çoxsaylı ziyanlar yer aldı. Ikinci zəlzələnin episentri Mexiko şəhərindən 120 km məsafəsində yerləşdi, məhz ona görə ölkənin mərkəzində təkanlar güclü şəkildə hiss olundu. Yerin titrəyişi Meksikanın paytaxtında çoxsaylı panika və qorxu səhnələrinə səbəb olmuşdu, belə ki, təkanlar 1985-ci ilin sentyabrın 19-da baş vermiş və minlərlə insan tələfatına gətirmiş, Rixter şkalası ilə 8,1 bal gücündə olmuş zəlzələnin anılması üçün meksikalıların küçələrdə toplanmasından iki saat sonra baş verdi. 

Egey dənizi, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Egey dənizində zəlzələ oldu

Məlumatda həmçinin bildirilir ki, Respublika Prezidenti Enrike Penya Nieto 19 sentyabr 2017-ci il tarixində MX Planını işə salaraq silahlı qüvvələrə dağıntılar altında sağ qalanların xilas edilməsində yerli hakimiyyət və vətəndaşlara kömək etmələri üçün əmr verib. Eyni zamanda, 7 sentyabr zəlzələsi nəticəsində ziyan çəkmiş Çiapas və Oaxaka əhalisinə yardımın davamlı şəkildə göstərilməsinə dair təlimat verib.

Bu məqamlarda, xilasedici işlərdə iştirak etmək üçün küçələrə çıxan soydaşlarımızla Meksika xalqının həmrəyliyi bir daha bəlli olur. Bu, Dövlətin – xalq ilə hökumətin birgə olaraq – təbiətin bu çağırışlarının öhdəsindən gələcəyinin təsdiqidir.

Xəbər lenti
0