BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Vergilər Nazirliyində bir sıra kadr dəyişiklikləri həyata keçirilib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, Hüquq Departamenti baş direktorunun müavini Cavanşir Nuriyev Daxili Təhlükəsizlik Departamentinin baş direktorunun vəzifələrini icra edən təyin edilib. Daxili Təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmayılov isə vəzifədən uzaqlaşdırılıb.
Bundan başqa, bu departamentin baş direktorunun müavini Nəsimi Cəfərov Koordinasiya Departamentinin baş direktorunun müavini təyin edilib.