Ordu şəhəri mühasirəyə aldı

© AP Photo / Hussein Mallaİraqın Kərkük əyalətində cümə namazından sonra, arxiv şəkli
İraqın Kərkük əyalətində cümə namazından sonra, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Bağdad nəinki Kərkükdə, ümumiyyətlə ölkənin şimalında referendum keçirilməsinə yol verilməyəcəyini bəyan edir

BAKI, 21 sentyabr — Sputnik. İraq ordusu və hökumətə yaxın "Haşti Şabi" qruplaşmasının silahlıları Kərkük şəhərini mühasirəyə alıblar. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, mühasirəyə səbəb, ölkənin şimalındakı kürd muxtariyyətinin, sentyabrın 25-nə təyin etdiyi müstəqillik referendumudur.

Плакат на референдуме в Курдистане в Эрбиле, Ирак, 26 августа 2017 года - Sputnik Azərbaycan
ABŞ və Avropa İttifaqı "Kürdüstan"la bağlı mövqeyini ortaya qoydu

Kərkük şəhərinin əhalisinin yarıdan çoxunun türkmən və ərəb olmasına baxmayaraq, kürd regional rəhbərliyi burada da referendumun olacağını bildirib. İraq əsgərlərinin artıq bəzi bölgələrdə əməliyyata başladığı qeyd olunur. Rəsmi Bağdad nəinki Kərkükdə, ümumiyyətlə ölkənin şimalında referendum keçirilməsini istəmir və bunun qarşısının alınacağını bildirir.

Qeyd edək ki, İraqın şimalındakı yerli hökumət sentyabrın 25-də "müstəqillik haqqında" referendum keçirməyi planlaşdırıb. Türkiyə, İran, ABŞ, Britaniya, Rusiya, Fransa və digər ölkələr bu referendumun keçirilməsinə qarşıdır.

Xəbər lenti
0