CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hökumətdən əhaliyə siqnal: Öz başını dolandıranların başına nə gələcək?

© Sputnik / Murad OrujovÜçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində "qul bazarı" adlandırılan işçi bazarı
Üçüncü mikrorayon dairəsindəki yolayrıcında xalq dilində qul bazarı adlandırılan işçi bazarı - Sputnik Azərbaycan
Abunə olmaq
"Qərb ölkələrində adətən ya bu prosesə göz yumulur, ya da onlar simvolik şəkildə vergiləndirilir"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik. "Məşğulluğun təmin olunmasında özünəməşğulluq xüsusi rol oynayır. Son illərdə əhalinin məşğulluq strukturunda dəyişikliklər baş verib. 2016-cı ilin sonuna olan statistikaya əsasən, əmək müqaviləsi ilə işləyənlər məşğul əhalinin 32 faizini təşkil edib".

Bu barədə ötən günlərdə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov açıqlama verib. Nazirin sözlərinə görə, son dövrlərdə əmək bazarında qeydiyyatsız işləyənlərin sayı çoxalıb: "Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da həyata keçirilən özünəməşğulluq, təəssüflər olsun ki, əksər hallarda qeydiyyatdan kənar olur. Bunların əksəriyyəti özünəməşğul əhali formasında çıxış edənlərdir. Bunların qeydiyyata alınması böyük problemdir. Biz hazırda bunun üzərində çalışırıq".

O bildirib ki, ölkədə 5 faizlik işsizlik səviyyəsi müşahidə olunur: "Bu, böyük nailiyyətdir".

Məsələ ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a açıqlamasında, qeyri-rəsmi məşğulluq ilə bağlı məşğulluq hissəsinin qeydiyyata alınmasının dünyanın hər yerində problem olduğunu söyləyib: "Özünəməşğulluq o deməkdir ki, bu insanın sərbəst mühasibatı, bankda hesabı, müvafiq nəzarət mexanizmləri yoxdur. Hətta onun belə bir sistem qurması da mümkün deyil, çünki kiçik dövriyyəsi var".

© Photo : Из личного архива Э. БагирзадеElşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert - Sputnik Azərbaycan
Elşən Bağırzadə, UNEC-in dosenti, iqtisadçı ekspert

Bağırzadə əlavə edib ki, Qərb ölkələrində, adətən ya bu prosesə göz yumulur, ya da onlar simvolik şəkildə vergiləndirilir: "Məsələn, müəyyən məbləğdən aşağı dövriyyəsi olanlara cüzi vergi tətbiq olunur. Və yaxud da bəzilərinə patent vergi sistemi tətbiq olunur. Məsələn, illik hansısa lisenziya şəklində icazələr verilir və dövlətin də qeydiyyatı o lisenziyalar üzərindən olur".

"Ümumilikdə bu məsələyə iqtisadi yanaşma ondan ibarətdir ki, özünəməşğul əhali əksər ölkələrdə kifayət qədər təhsilsiz əhalidir və bunların institusionallaşmış, inkişaf etmiş şirkətlərdə işləmək imkanları məhduddur" – deyə ekspert bildirib.

Onun sözlərinə görə, dövlətlər görür ki, belə əhali özünəməşğulluqla məşğuldur, özlərini iş yeri ilə təmin edə bilirlər və ona görə adətən buna göz yumurlar: "Çünki verginin tətbiqi və yaxud da hansısa sosial müdafiə ödəmələrinin tələb olunması ona gətirib çıxarır ki, işçi özünəməşğulluğu dayandıra bilər. Çünki onun elə bir böyük fəaliyyəti yoxdur ki, o qədər uçot hesabatı həyata keçirsin, dövlətə bu qədər məbləğ versin".

"Yəni, dövlət özünəməşğulluq üzərində nə qədər nəzarəti gücləndirsə, özünəməşğulluğun o qədər aradan qalxmasına gətirib çıxardacaq. Ona görə, bunun kriminal özünəməşğulluq sahələrinin qarşısı tamamilə alınmalıdır. Digərlərinə isə maksimum şəkildə imkanlar yaradılmalı və qeydiyyat sistemi də simvolik olmalıdır" — ekspert diqqətə çatdırıb.

© Photo : İ.HÜSEYNLİNİN ARXİVİ Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli - Sputnik Azərbaycan
Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli

İqtisadçının qənaətincə, dünyanın hər yerində bu, belədir: "ABŞ-a da getsəniz, görəcəksiniz ki, yüksək binaların, müasir küçələrin arxasında qeyri-formal küçə ticarət ilə məşğul olanlar var. Latın Amerikası ölkələrinin əksəriyyətində bu, geniş yayılıb. Türkiyənin əksər şəhərlərində qeyri-formal ticarətin şahidi ola bilərik. Yəni, dünyada bunun ciddi bir həlli yolu yoxdur. Düşünmürəm ki, Azərbaycanda da bu, ciddi şəkildə həll edilsin. Amma dövlətin marağından baxanda, bunlar özlərini işlə təmin edirlərsə, cinayətlə məşğul deyillərsə, hər yerdə müəyyən qədər şərait yaradılır".

Sosial-Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli isə Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, inkişaf etmiş ölkələrlə müqayisə etsək, Azərbaycanda özünəməşğulluq məsələsində bir fərqli problem var: "Bu, onunla bağlıdır ki, vətəndaşların gördükləri işə görə gəlirləri yetərli deyil. Bu baxımdan həmin vətəndaşlar istər vergi, istər dövlət sosial müdafiə orqanlarında qeydiyyatdan keçmək, şəhadətnamə almaqda maraqlı deyillər".

"Qeydiyyata alınsalar, ödəmələr etməlidirlər. Əks halda məsuliyyət daşıyırlar. Ümumiyyətlə, gəlirlərinin kifayət qədər yetərincə olmaması insanları həm də sövq edir ki, əlavə xərclərdən, ödəmələrdən yayınmağa məcbur olsunlar" — İ. Hüseynli izah edib.

Ekspertin fikrincə, bu sahədə insanların əksəriyyətinin bilgiləri, məsuliyyəti yoxdur: "Məsələn, ustalar arasında sorğu keçirsək, nəticədə görərik ki, onların 70-80 faizi qeydiyyatdan keçmək, VÖEN, fərdi sahibkar statusu almaqla bağlı məlumatlara malik deyil. Bu da öz təsirini göstərir. Fundamental olaraq 2 səbəbin üzərində dayanmağımız yetərlidir. Birincisi, onların gəlirləri yetərli deyil ki, sahibkar kimi qeydiyyata alınıb ödənişlər etsinlər. İkincisi, onlar bu barədə yetərincə məlumatlara malik deyillər".

Xəbər lenti
0