CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazir müavini: "Sənədlər kağız üzərində qalmamalıdır"

© Photo : Gənclər və İdman Nazirliyinin mətbuat xidmətiGənclər və idman nazirinin müavini İntiqam Babayevin çıxışı
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin çıxışı - Sputnik Azərbaycan
Abunə olmaq
“Yeni Azərbaycan Partiyası” Gənclər birliyi və Qazaxstanın “Jas Otan”, eyni zamanda, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqı və Qazaxıstan Gənclər Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BAKI, 21 sentyabr — Sputnik. Bu gün Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Gənclər Forumu çərçivəsində Qazaxıstan-Azərbaycan gəncləri günlərinə start verilib.

Ş. Yesenova adına Xəzər Dövlət Mühəndislik və Texnologiyalar institutunda baş tutan tədbirdə Azərbaycanı  gənclər və idman nazirinin müavini İntiqam Bababyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Qazaxıstanın Dini məsələr və vətəndaş cəmiyyəti İnstitutunun gənclər siyasəti üzrə departamentinin direktoru Qabidulla Ospankulov hər iki ölkənin tarixi köklərə sığınan dostluq, qardaşlıq münasibətlərindən söz açaraq, Azərbaycan nümayəndə heyətinin Qazaxıstanda olmasından məmnunluq hissi duyduğunu bildirib, səmimiyyətlə hər kəsi salamlayıb.

Daha sonra söz Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayevə verilib. Nazir müavini bu tədbirin Azərbaycan tərəfi üçün sadəcə formal xarakter daşımadığını, tarixi, mədəniyyəti, adətləri bir kökə sığınan qardaş ölkəyə edilən dostluq səfəri olduğunu söylədi.

Babayev bütün dünyada gənclər siyasənin düzgün şəkildə aparılmalı olduğunu, məhz bugünün gənclərinin sabahın inamı olduqlarını diqqətə çatdırıb. Nazir müavini Prezident İlham Əliyev tərəfindən bir neçə gün bundan öncə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın imzalandığını və bununla da, bu sahədə daha böyük imkanların yaradıldığını diqqətə çatdırıb. Çıxışının sonunda nazir müavini tədbir çərçivəsində imzalanacaq memorandumların kağız üzərində qalmamalı olduğunu bildirib, bu sənədlərdən irəli gələrək əlaqələrin daha möhkəm inkişafına zəmin yaradacığına əmin olduğunu diqqətə çatdırıb.

Sonda “Yeni Azərbaycan Partiyası” Gənclər  birliyi və Qazaxstanın “Jas Otan”, eyni zamanda, Azərbaycan Respublikası Tələbə Gənclər Təşkilatları İttifaqı və Qazaxıstan Gənclər Konqresi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Rəsmi tədbirin sonunda, Azərbaycan milli musiqi alətləri, əl işləri, milli yeməklərindən ibarət sərgi təqdim olunub. Tədbirin ilk hissəsi konsert proqramı ilə başa çatıb.

Daha sonra Azərbaycan nümayəndə heyətinin “Nazarbayev intellektual məktəbi” nə tanışlıq səfəri təşkil edilib, eyni zamanda, Azərbaycandan gələn qonaqlar üçün mədəniyyət proqramları nümayiş edilib.

Xəbər lenti
0