Tağı Hüseynov: “Azan ürəkdə verilmir, səsli verilir”
“Məscidlərdə mikrofondan istifadəyə qadağa olmasa da, səsin həddindən artıq verilməsi düzgün deyil”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə bağlı Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən toplantıda bildirib.
Hüquqşünas Tağı Hüseynov Sputnik Azərbaycan-a deyir ki, azan səsinin qadağan olunması insanların konstitusyon hüququna ziddir: “Hər kəsin əqidə azadlığı var. Qanunvericiliyə görə, səsin narahatlıq verməsi gecə saat 12-dən sonra olur. Saat 12-dən sonra da azan verilmir”.