Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Sonsuzluqdan əziyyət çəkənlərə dövlətdən müjdə

© AP Photo / Javier GaleanoИзображение на экране монитора аппарата УЗИ во время обследования беременной женщины, фото из архива
Изображение на экране монитора аппарата УЗИ во время обследования беременной женщины, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Millət vəkili bildirib ki, sonsuzluq səbəbi ilə ayrılan insanlara nəsə demək, yol göstərmək, məsləhət vermək düzgün deyil

BAKI, 21 sentyabr — Sputnik. "Sonsuzluq bütün dünyanın bəlasıdır. Hazırda ölkədə boşanmaların 15 faizi sonsuzluq səbəbindən baş verir". Bunu Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib.

Onun sözlərinə görə, bu problemlə bağlı artıq qanun layihəsi də hazırlanıb: "Çox təəsüf olsun ki, bu problem getdikcə böyüyür. Biz bununla bağlı "Reproduktiv sağlamlığın qorunması haqqında" qanun layihəsi hazırlamışıq. Səhiyyə komitəsində bunu müzakirə etdik və layihə Milli Məclisin payız sessiyasına tövsiyyə edildi. Bu qanun bütün hüquqi bazanı özündə əks etdirir. Qanunda reproduktiv sağlamlığın qorunması ilə bağlı tədbirlər, yəni, qadın və kişilərin erkən dövrlərdə müayinələrinin təşkil edilməsi, xəstəliklərin öncədən qarşısının alınması, yaxud aşkara çıxarılıb müalicə edilməsi, maarifləndirmə işlərinin görülməsi və o cümlədən, müalicə kömək etməsə, sonsuzluğun aradan qaldırılması üçün reproduktiv texnologiyaların tətbiq edilməsi, başqa sözlə ekstrakorporal mayalanmanın həyata keçirilməsi nəzərdə tutulub".

Millət vəkili hesab edir ki, qanun qəbul edildikdən sonra bu sahədə olan boşluqlar aradan qaldırılacaq. Qanunda ən mühüm məsələlərdən biri aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan sonsuz ailələrdə bir dəfə dövlət proqramı çərçivəsində, yəni dövlət hesabına ekstrakorporal mayalanamanın həyata keçirilməsinin nəzərə tutulmasıdır.

Millət vəkili bildirib ki, sonsuzluq səbəbi ilə ayrılan insanlara nəsə demək, yol göstərmək, məsləhət vermək düzgün deyil: "Bu məsələ ilə bağlı heç kimə heç nə demək doğru deyil. Elə insanlar var ki, ömrü boyu uşağı olmadan yaşaya bilir, elə adam da var ki, istəyir ki, nəsli davam etsin".

Xəbər lenti
0