BAKI, 21 sentyabr — Sputnik. Türkiyənin Kütahya şəhərində polis əxlaqsızlıq yuvasına qarşı əməliyyat keçirib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, ikisi azərbaycanlı olmaqla, 13 qadın həbs edilərək polis bölməsinə aparılıb. Məlumata görə, onlar pul qarşılığında intim xidmət göstəriblər.
Bundan başqa, əməliyyat keçirilən əxlaqsızlıq yuvasına qadınlar gətirən 5 kişi də həbs olunub. Onların üzərindən 5 min dollar götürülüb.