Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycanlı sahibkar ondan xərac istəyən həmyerlisini öldürdü

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidMoskvanın "Sadovod" bazarında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları, arxiv şəkli
Moskvanın Sadovod bazarında Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Tərəflər arasındakı münaqişə onunla yekunlaşıb ki, obyektlərin sahibi bıçağı çıxararaq Nəsirovun sinəsinə zərbə endirib

BAKI, 21 sentyabr — Sputnik. Sentyabrın 19-da Moskvanın "Sadovod" bazarı ərazisində öldürülən şəxs Qobustan rayonunun Cəyirli kəndində anadan olmuş Nəsirov Ramil Vaqif oğludur. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, Nəsirovun üzərində bıçaq yaraları olan cəsədi günorta saatlarında Verxniye polya küçəsində aşkarlanıb. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları artıq qətli törətməkdə şübhəli bilinən şəxsi müəyyən ediblər. Bu, şəxs "Sadovod" bazarında bir neçə ticarət obyektinin sahibi olan, Şamaxı rayonunun Quşçu kəndində anadan olmuş Xankişi adlı şəxsdir.

Şübhəli əvvəlcə cinayət yerindən qaçıb gizlənsə də, sonra polisə gələrək günahını etiraf edib. 

Мужчина с пистолетом в руке, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Paytaxtda dəhşətli qətl baş verdi

Məlumata görə, sentyabrın 20-də gecə Nəsirovun meyitini dəfn etmək üçün doğma kəndinə gətiriblər.

Cinayətin ilkin motivləri bəlli olub. Belə ki, Nəsirov Xankişinin yanına gələrək ondan xərac kimi pul istəyib. Nəsirovun müəyyən ödənişlər əsasında yerlilərinin biznesinə himayədarlıq edən hər hansı cinayətkar qruplaşmanın üzvü olub-olmadığı məlum deyil. Amma bazarın işçilərinin dediyinə görə, Xankişinin onun qarşısında belə bir öhdəliyi və ya ona borcu olmayıb.

Tərəflər arasındakı münaqişə onunla yekunlaşıb ki, obyektlərin sahibi bıçağı çıxararaq Nəsirovun sinəsinə zərbə endirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0