BAKI, 21 sentyabr — Sputnik. Tanınmış jurnalist Azər Hüseynbala infarkt keçirib. Bu barədə jurnalistin oğlu Turqut məlumat verib. Onun sözlərinə görə, atası ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub. Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb. Hazırda onun vəziyyəti normal qiymətləndirilir.