ELM

Valideynlərin etirazına rəsmi reaksiya: "Direktor vəzifədən azad edilməyib"

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Təhsil İdarəsi: Hazırda direktor xəstə olduğu üçün bülletendədir, qayıdıb işinə davam edəcək

BAKI, 20 sentyabr — Sputnik. "200 və 43 saylı məktəb-lisey kompleksinin direktoru Qafar Hüseynovun işdən azad edilməsi doğru informasiya deyil".

Bunu Sputnik Azərbaycan-a açıqlamasında, Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib. "Bilmirik, bu informasiya necə yaranıb. Onu deyə bilərik ki, hazırda direktor xəstə olduğu üçün bülletendədir və qayıdıb işinə davam edəcək, işdən azad edilməyib".

Xatırladaq ki, bu gün Bakının Nərimanov rayonunda, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən 200 və 43 saylı məktəblərdə (iki məktəb eyni məktəb-lisey kompleksinə daxildir) valideynlərin etiraz aksiyası keçirdikləri bildirilir. Bu barədə Sputnik Azərbaycan-a jurnalist Esmira Qasımova məlumat verib. O bildirib ki, valideynlər, məktəb direktorunun işdən azad edilməsinə etiraz edirlər.

Xəbər lenti
0