BAKI, 20 sentyabr — Sputnik. Almaniyanın məşhur futbol klublarından olan "Ştutqart"ın təlim-məşq toplantısında gözlənilməz hadisə yaşanıb. Belə ki, futbolçuların məşq etdikləri stadionda 50 kq ağırlığında bomba tapılıb.
Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, bomba İkinci Dünya Müharibəsi zamanı ABŞ qırıcıları tərəfindən şəhərə atılıb. Futbolçuların xəbər verməsindən sonra, dərhal stadiona gələn polis əməkdaşlarının rəhbəri Katja Lump, təlim-məşq bazası ilə yanaşı, ətrafdakı ərazilərin də boşaldıldığını deyib.
"Bunlar ehtiyat və təhlükəsizlik üçün edilir. Bomba boş əraziyə aparılaraq orada zərərsizləşdiriləcək" — polis yetkilisi vurğulayıb.
Qeyd edək ki, "Ştutqart" futbolçuları bir müddət təlim-məşq toplantılarını Münhen şəhərində keçirəcəklər.