Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 20 sentyabr — Sputnik. Şəkinin Baş Göynük kəndində intihar hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, kənd sakini, 1984-cü il təvəllüdlü Aynurə Dursunəli qızı Abdürəhmanova canına qəsd edib. Onun meyiti asılmış vəziyyətdə yaşadığı ünvanda yaxınları tərəfindən aşkar edilib.
33 yaşlı A. Abdurəhmanovanın hansı səbəbdən intihar etdiyi bəlli deyil. Baş vermiş hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb. Faktla bağlı araşdırma aparılır.