İlham Şaban: “Neftdən hər kəsə pay düşür”
Azərbaycanda sənaye sektorunun 90 faizdən artığını neft-qaz sənayesi təşkil edir. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib.
“Faktiki olaraq neft-qaz sektoru Azərbaycan sənayesinin lokomotividir. Azərbaycanın feodalizmdən kapitalizmə keçidi neft sənayesi üzərində qurulub. Biz müstəqilliyimizi qazandıqdan sonra əldə etdiyimiz ilk böyük uğur 1994-cü ildə xarici neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi” idi” – deyə o bildirib.