Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Nəyimiz varsa, "Əsrin müqaviləsi"nin hesabınadır"

© Sputnik / Murad OrujovNeft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban - Sputnik Azərbaycan
Abunə olmaq
İlham Şaban: "Bu, Azərbaycanın uğurudur və qazanılan uğurlar Azərbaycanın sərhədləri ilə yekunlaşmır"

BAKI, 20 sentyabr — Sputnik. "Bu gün nəyimiz varsa, neft müqavilələrindən qazandıqlarımızın hesabınadır". Bunu Sputnik Azərbaycan Multimedia Mərkəzində təşkil edilmiş tədbirdə, Neft Araşdırmaları Mərkəzinin (NAM) rəhbəri İlham Şaban deyib.

"Ümumiyyətlə, neft müqavilələrindən Dövlət Neft Şirkəti 125 milyard qazanıb. Qazanılan pullar Azərbaycanın nüfuzunun artmasına, iqtisadi əlaqələrinin qurulmasına sərf olunub" — o, əlavə edir.

Şabanın dediyinə görə, bu gün artıq ölkəmizin neft sektorunda çalışan mütəxəssislərin 88 faizi Azərbaycan vətəndaşlarıdır: "23 il öncə vəziyyət tamam fərqli idi. Bu, Azərbaycanın uğurudur. Qazanılan uğurlar da Azərbaycanın sərhədləri ilə yekunlaşmır".

Xəbər lenti
0