ELM

Bakıda etiraz: valideynlər direktorun müdafiəsinə qalxdılar

© Sputnik / Murad OrujovДень знаний в образовательном комплексе №132-134 города Баку
День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"İki aydan çoxdur ki, məktəbdə komissiya var, güclü yoxlamalar aparılır"

BAKI, 20 sentyabr — Sputnik. Bakının Nərimanov rayonunda, "Gənclik" metrostansiyasının yaxınlığında yerləşən 200 və 43 saylı məktəblərdə (iki məktəb eyni məktəb-lisey kompleksinə daxildir) valideynlər etiraz aksiyası keçirirlər. Bu barədə Sputnik Azərbaycan-a jurnalist Esmira Qasımova məlumat verib.

День знаний в образовательном комплексе №132-134 города Баку - Sputnik Azərbaycan
ELM
Valideynlərə çağırış: övladlarınız məktəbdən çıxanda görəcəklər ki...

O bildirib ki, valideynlər, məktəb direktorunun işdən azad edilməsinə etiraz edirlər: "Uşaqlarım "Gənclik"dəki 43 saylı məktəb-lisey kompleksində təhsil alırlar. Qızım 7, oğlum 4-cü sinifdə oxuyur. Bu illər ərzində nə müəllimlərdən, nə dərs sistemindən, nə də məktəb rəhbərliyindən narazılığım olub. Məktəbdə pul yığımı, sıxışdırılma kimi hallarla qarşılaşmamışam".

"Bu il oğlumun sinfini növbəarası salıblar. Yəni ilk dərsi saat 11.20-də başlayır. Bunun çətinliyini hər bir valideyn başa düşər, yəqin ki. İki uşağı ayrı-ayrı vaxtda aparmaq və ayrı-ayrı vaxtda götürmək çox çətindir. Başqa valideynlər də bu növbədən narazıdırlar" — jurnalist bildirib.

E. Qasımova qeyd edib ki, hazırda direktorun işdən çıxarılmasına yönəlik tədbirlər başlayıb: "İki aydan çoxdur ki, məktəbdə komissiya var. Güclü yoxlamalar aparılır. Bəzi siniflərin növbəarası salınması da, komissiyanın qərarı ilə olub və direktoru gözdən salmağa hesablanıb".

"Məktəbin direktoru, filologiya elmləri doktoru Qafar Hüseynov uzun illər pedaqoji sahədə çalışıb, hamının hörmətini qazanıb. Düşünürük ki, bəzi siniflərin növbəarası salınması direktoru gözdən salıb, işdən çıxarmaq məqsədi daşıyır. Biz isə onun işdən azad edilməsini, başqası ilə əvəz edilməsini istəmirik" — jurnalist vurğulayıb.

Xəbər lenti
0