CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Xanımını lüt soyundurub işgəncə edən şəxs həbs olundu

© Sputnik / Maksim Bogodvid / Mediabanka keçidMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyri-rəsmi yaşadığı xanımı Aida Tomarxanovaya qarşı zorakılıq nümayiş etdirən, ona ayağından xəsarət yetirən Ceyhun Mehrəliyev haqqında həbs qətimkan tədbiri seçilib

BAKI, 20 sentyabr — Sputnik. Qeyri-rəsmi yaşadığı xanımı Aida Tomarxanovaya qarşı zorakılıq nümayiş etdirən, ona ayağından xəsarət yetirən Ceyhun Mehrəliyev haqqında həbs qətimkan tədbiri seçilib.

Bu barədə Sputnik Azərbaycan-a "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyindən məlumat verilib.

Məlumata görə, C.Mehrəliyev hakim İlyas Mahmudovun sədrliyi ilə keçirilən proses zamanı məhkəmə zalında həbs olunub. Məhkəmə gələn həftənin çərşənbə gününə kimi ertələnib.

Birlikdən verilən məlumata görə, Ceyhun Mehrəliyev tərəfindən sığınacağın sakinləri, işçiləri də təhqir və təhdidlərə məruz qalıb. 

Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda məşhur şəxsin oğlu həbs olundu - ağır ittihamlar

Ceyhun Mehrəliyev qeyri-rəsmi nikahda olduğu, 3 yaşlı qızı Dənizin anası Aida Tomarxanovaya amansız işgəncələr verib. İşgəncələrə məruz qalan qadın ərinin əlindən çətinliklə xilas olduğunu bildirib: "Məni lüt soyunmağa məcbur etdi. Sonra döydü, bıçaqla xəsarətlər yetirdi. Başı qarışan kimi qaçdım. Ayağımdan qan axdığından sürünürdüm. Bu vəziyyətdə yola qədər gedə bildim. Bəlkə də Allah ölməyimə imkan vermədi, yolda qarşıma bir nəfər çıxdı. Həmin adam öz paltarını mənə verdi, mənim polisə gəlməyimə kömək elədi. Polislər məni xəstəxanaya apardılar, bir müddət müalicə olundum. Yenidən sığınacağa gəldim. Yara izlərini ekspertiza etdilər, az ağır xəsarət aldığımı deyirlər. Fevraldan bəri sığınacaqdan bayıra çıxa bilmirdim, məni öldürəcəyindən qorxuram. İndi də sığınacaqda çalışanları təhdid edir. Sosial şəbəkədə şəkillərimi paylaşıb, "fahişəni tanıyın" yazıb. Sonra da barışmaq üçün adamlar göndərir. O, heç kimdən qorxmur".

Keçmiş ər dəfələrlə Aida Tomarxanovanı və təşkilatın rəhbəri, hüquq müdafiəçisi Mehriban Zeynalovanı açıq-aşkar təhdid edib. C.Mehrəliyevə Cinayət Məcəlləsinin 127.2.2. (xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) cinayət işi açılıb.

Xəbər lenti
0