BAKI, 20 sentyabr — Sputnik. "İspaniya dövləti qırmızı xətti keçdi". Sputnik xəbər verir ki, bu sözləri Kataloniya federal bölgəsinin rəhbəri Karles Puçdemon, ispan polisinin yerli hökumət binasına basqın əməliyyatını şərh edərkən deyib.
O, bu hərəkətlə İspaniya dövlətinin “qırmızı xətt”i keçdiyini söyləyib.
“İspaniya “qırmızı xətt”i keçdi. Kataloniyanın muxtariyyətinə müdaxilə etdi. Qanunları tapdaladı. Hazırda koordinasiyalı hücumun qurbanıyıq. Madrid hökuməti demokratiyanı rüsvayçı hala saldı. Həbs olunmuş bütün dövlət məmurlarına dəstək veririk” — Puçdemon bildirib.
Karles Puçdemon 1 oktyabrda müstəqillik referendumu keçirəcəklərini və bundan geri çəkilməyəcəklərini də söyləyib.