BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin binası qarşısına toplaşan bir qrup tələbə etirazını bildirib.
70-ə yaxın tələbə İtaliyada təhsil almaq üçün tələb olunan sənədləri bu ölkənin Azərbaycandakı səfirliyinin Konsulluq xidmətinə təqdim etsələr də, hələ də viza ala bilmədiklərindən şikayətçi olduqlarını vurğulayıblar.
Tələbələr səfirliyə müraciət edənlərə viza verilməsindən imtina olunduğunu söyləyiblər.
Bundan sonra onların tələbinin dinlənilməsi bir qrup tələbə Xarici İşlər Nazirliyinə dəvət olunub.
Xatırladaq ki, bundan əvvəl İtaliya səfirliyi viza tələblərinə tam cavab verən sorğuları araşdırdığını qeyd etmişdi. Səfirlikdən bildirmişdilər ki, cavab gözləyən tələbələrlə yaxın günlərdə və ya həftələrdə əlaqə saxlanılacaq".