BAKI, 20 sentyabr — Sputnik. Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və xanımının adından BMT-nin Baş Assambleyasının 72-ci sessiyası ilə əlaqədar qəbul təşkil olunub.
Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən məlumat verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qəbulda iştirak ediblər.