BAKI, 20 sentyabr — Sputnik. Rusiyanın 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsini araşdıran "Rusiyanı İzləmə Komitəsi" Vladimir Putin əleyhinə 2 dəqiqəlik video fraqment hazırlayıb. Sputnik xəbər verir ki, fraqmentin təsir gücünü artırmaq üçün komitə, məşhur Hollivud aktyoru Morqan Frimanı danışan şəxs kimi seçib. Videoda Friman amerikalılara səslənərək, Putinin çox təhlükəli, ABŞ-ı yox etməyə çalışan kinli sovet agenti kimi təqdim edib.
Amerikada baş verən bütün mənfi proseslərin arxasında Rusiyanın, bilavasitə Putinin dayandığını deyən Friman, Moskvanın ABŞ-dakı seçkilərə qarışdığını, internet və sosial şəbəkələr vasitəsilə demokratik cəmiyyətlərə kobud müdaxilə etdiyini bildirib.
Çıxışının sonunda aktyor, prezident Donald Trampa səslənərək, həqiqətləri xalqa söyləməyə çağırıb.