İlqar Vəlizadə: “Azərbaycan prezidentinin BMT Baş Məclisinin sessiyasında iştirakı vacib hadisədir”
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Məclisinin 72-ci sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər ediblər.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, Prezidentin BMT Baş Məclisinin 72-ci sessiyasında iştirakı vacib hadisədir: “Son aylar Azərbaycan yenə də region və dünyanın lider ölkələrinin diqqət mərkəzindədir. Azərbaycan “Əsrin Müqaviləsi”ni yenidən imzalamaqla regionun enerji təhlükəsizliyindəki rolunu möhkəmləndirib”.