Donald Trampdan iddialı çıxış

© REUTERS / Jonathan ErnstABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ dövlət başçısı radikal islam terror qruplaşmasını dəstəkləyən dövlət rəhbərləri ilə görüşəcəyini bildirib

BAKI, 19 sentyabr — Sputnik. ABŞ prezidenti Donald Tramp radikal islam terrorunun dayandırılacağını vəd edib.

APA-nın “Daily Caller”ə istinadən verdiyi xəbərə görə, BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edən D. Tramp bildirib ki, ABŞ və onun müttəfiqləri qlobal təhlükəsizlik üçün bütün terrorçuları məhv edəcək.

ABŞ dövlət başçısı həmçinin radikal islam terror qruplaşmasını dəstəkləyən dövlət rəhbərləri ilə görüşəcəyini bildirib. O, xüsusilə İran İslam Respublikasını terrora dəstəyi azaltmağa çağırıb.

Xəbər lenti
0