BAKI, 19 sentyabr — Sputnik. Keçən əsrin 80-ci illərində Amerika psixoloqu Ceyms Pennebeyker sübut edib ki, gündəliyin aparılması stressi azaldır və immun sistemini möhkəmləndirir.
Son araşdırma zamanı Miçiqan Universitetinin (ABŞ) alimləri sübut edib ki, kağızda həyəcana səbəb olanları qeyd etməklə stressi həqiqətən xeyli azaltmaq mümkündür.
Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, alimlər hər gün 5 dəqiqə ərzində stress, əsəbilik və həyəcana səbəb olanları qeyd etməyi tövsiyə edirlər.
Müasir insanların əksəriyyəti stress və həyəcanla dolu həyat sürür. Stress isə immun sistemini zəiflədir, ürək-damar sistemi xəstəliklərinin riskini artırır, beyinin fəaliyyətini pozur və s. Belə vəziyyətdə stressi azaldan üsulları bilmək və onlardan istifadə etmək çox vacibdir.