Evdən çıxmadan bu xəbəri oxumalısınız

© Sputnik / Murad OrujovЛюди на одной из центральных улиц Баку, фото из архива
Люди на одной из центральных улиц Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlar üçün faydalı məlumat

BAKI, 19 sentyabr — Sputnik. Bakıda və Abşeron yarımadasında sentyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Молодежь прогуливается по Бакинскому приморскому бульвару - Sputnik Azərbaycan
Yaxın 3 gündə narahat olacağıq

Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 30-35, Bakıda gecə 20-22, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 35-40 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 14-19, gündüz 31-36, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0