BAKI, 19 sentyabr — Sputnik. Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qurbenatoru Mixail Saakaşvili bu səhər Kiyevə gəlib. Sputnik Azərbaycan "Korrespondent"-ə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Darina Çij məlumat verib.
"Bu gün cənab Saakaşvili Ukrayna vətəndaşlığından məhrum edilməsinə dair vəkilləri ilə birlikdə mətbuat konfransı keçirəcək" — sözçü deyib.
Saakaşvili bu gün axşam Kiyevi tərk edəcək. O, Çerkassk vilayətinə gedəcəyini, oradan isə bütün Ukraynanı səyahətə çıxacağını söyləyib.